USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Şahdəniz-2” qazının Türkiyəyə nəqlinə başlanıb

"Şahdəniz" konsorsiumu bu gün "Şahdəniz-2" layihəsi çərçivəsində Türkiyəyə kommersiya məqsədli qaz nəqlinin başlandığını elan edib.

"APA-Economics"in məlumatına görə, "Şahdəniz-2" layihəsi qrafik və büdcəyə uyğun təhlükəsiz şəraitdə həyata keçirilir və Türkiyəyə qazın nəqli planlaşdırıldığı kimi 2018-ci il iyunun 30-da başlayıb.

"Şahdəniz-2" ilk dəfə Xəzər qazını Avropa bazarına çıxaracaq Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. "Şahdəniz" yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində mövcud hasilata ildə 16 milyard kubmetr qaz əlavə olunacaq. Layihənin birinci mərhələsi ilə birlikdə "Şahdəniz"in ümumi hasilatı 26 milyard kubmetr qaz və 120 000 barel kondensat həcminə çatdırılacaq.

Azərbaycandakı "Şahdəniz-2" layihəsi çərçivəsində Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu BP şirkətinin bu vaxtadək operatoru olduğu ən iri dəniz infrastrukturudur. Layihə "Şahdəniz" qazını Türkiyəyə daşıyan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsini də əhatə edir. 28 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş layihənin ofşor strukturlarına 26 dəniz quyusu, 500 km sualtı boru kəməri və körpü ilə birləşdirilmiş iki platforma daxildir. Qaz quru ilə 85 km-lik boru kəməri vasitəsilə Bakı yaxınlığındakı Sanqaçal terminalına ötürülür. Terminalın imkanları yeni qaz həcmlərinin yerləşdirilməsi üçün genişləndirilib. Bununla bağlı Azərbaycanda  428 km, Gürcüstanda isə 59 km uzunluğunda yeni borular, habelə Gürcüstanda iki yeni kompressor stansiyası inşa edilib.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağı bu vaxtadək BP-nin ən böyük qaz kəşfidir. Nəhəng yataq təxminən 860 kv. km sahəni əhatə edir. 1999-cu ildə kəşf olunmuş yataq təxminən 1 trilyon kubmetr həcmində qaz və 2 milyard barrel kondensat ehtiyatına malikdir. Şahdəniz yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlamışdır. Hazırda birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan və Türkiyənin təchizatına yönləndirilir.  Bu vaxtadək "Şahdəniz"dən ümumilikdə 91 milyard standart kubmetr qaz və 23 milyon ton kondensat hasil olunub.

"Şahdən-2" çərçivəsində hasil olunacaq əlavə 16 milyard kubmetr qaz 3500 km-lik boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunacaq. Cənub Qaz Dəhlizi Azərbaycan və Gürcüstan ərazisində genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərini (SCPX) – Azərbaycanda 428 km üzrə 48 düymlük, Gürcüstanda 59 km üzrə 48 düymlük kəməri, Türkiyə ərazisində 1340 km üzrə 56 düymlük, 476 km üzrə 48 düymlük və 34 km üzrə 36 düymlük Trans-Anadolu boru kəmərini (TANAP) və iki kompressor stansiyasını, Yunanıstan, Albaniya və İtaliya ərazisində 878 km üzrə 48 düymlük Trans-Adriatik boru kəmərini (TAP) əhatə edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!