USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cənub Qaz Dəhlizi və TANAP layihəsinin fəaliyyətə başlaması ilə əlaqədar BMT Baş katibinə birgə məktub ünvanlandı

Azərbaycan Respublikası, Gürcüstan və Türkiyənin BMT yanında Daimi Nümayəndələri Cənub Qaz Dəhlizi və TANAP layihəsinin fəaliyyətə başlaması ilə əlaqədar BMT Baş katibinə birgə məktub ünvanlayıblar. XİN-nin Mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, məktubda Cənub Qaz Dəhlizinin əsasının 20 sentyabr 2014-cü ildə qoyulduğu qeyd olunur. 40 milyard ABŞ dollarından artıq sərmayənin cəlb olunduğu və dünyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsinə Şah Dəniz II qaz yatağının işlənməsi, Cənub Qafqaz boru xətti, TANAP və TAP layihələrinin daxil olduğu diqqətə çatdırılır. Bu layihənin enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd olunaraq dünyamiqyaslı bu təşəbbüsün beynəlxalq əməkdaşlıq sayəsində həyata keçirildiyi diqqətə çatdırılır. Sözügedən layihənin Avropada və regionda yalnız enerji sahəsində deyil, digər sektorlarda da əməkdaşlığı dərinləşdirəcəyi vurğulanır.  

Məktubda Cənub Qaz Dəhlizi layihəsinin əsrin ən böyük layihələrindən biri olduğu qeyd olunaraq, regionun gələcək çiçəklənməsi, iqtisadi və sosial rifah ilə sinonim təşkil etdiyi və qlobal enerji tələbatının şaxələndirilməsinə töhfə verərək Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində olan qlobal səylərə, sülhə və təhlükəsizliyə xidmət etdiyi diqqətə çatdırılır.

Məktub BMT Baş Assambleyasının 72-ci sessiyasının müvafiq gündəlik maddələrinə uyğun olaraq A/72/890 nömrəsi ilə BMT Baş Assambleyasının sənədi kimi yayılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!