USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aİ Azərbaycanın Merlər Razılaşmasının potensialından istifadə edəcəyinə əmindir

Avropa İttifaqı (Aİ) Azərbaycanın Merlər Razılaşmasının potensialından istifadə edəcəyinə əmindir.

Energetika Nazirliyindən ASAN Radioya bildirilib ki, Avropa İttifaqı və nazirliyin birgə təşkilatçılığı və bəzi dövlət qurumlarının, şəhər və rayon bələdiyyə nümayəndələrinin, ekspertlərin iştirakı ilə “Merlərin Razılaşması Təşəbbüsü – Öhdəlikdən İcraya Doğru” mövzusunda seminar keçirilib.

Energetika nazirinin müavini Gülməmməd Cavadov tədbir iştirakçılarına Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsü barədə məlumat verib. Bildirib ki, bu təşəbbüs ilk dəfə Avropa Komissiyası tərəfindən dayanıqlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli özünüidarəetmə orqanları tərəfindən göstərilən səylərin dəstəklənməsi məqsədilə irəli sürülüb və əsas hədəfləri enerji səmərəliyini artırmaq, bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirmək, iqlim dəyişikliyi təsirlərinə uyğunlaşmaqla dözümlülüyü artırmaq, bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığı gücləndirmək, təhlükəsiz, dayanıqlı və etibarlı enerjiyə əlçatanlığı təmin etməkdir.

Nazir müavini dünyanın ən iri iqlim və enerji təşəbbüslərindən biri olan Merlər Razılaşmasına Azərbaycandan Mingəçevir Bələdiyyəsi və “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin qoşulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Energetika Nazirliyi ölkədə enerji resurslarından səmərəli istifadə edilməsi istiqamətində bələdiyyələrin bu razılaşmaya qoşulmaq üçün atacağı addımları dəstəkləyir və Avropa İttifaqı, yerli icra və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti nəticəsində bu proqramın ölkəmizdə uğurla aparılması mümkün olacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas bildirib ki, bu təşəbbüsün əsas məqsədi enerji tələbatını azaltmaq, təkmilləşdirilmiş enerji səmərəliliyi tədbirləri və bərpa olunan enerji mənbələrindən daha çox istifadə etməklə 2030-cu ilədək CO2 emissiyalarının ən azı 40 faiz azaldılmasına nail olmaqdır.

Səfir qeyd edib ki, Merlər Razılaşmasına qoşulmuş bələdiyyələrə Avropa İttifaqı ilə razılaşdırılmış fəaliyyət planı çərçivəsində ətraf mühitə atılan tullantıların azaldılması, enerji səmərəliyinin gücləndirilməsi kimi layihələrin həyata keçirilməsində texniki və maliyyə dəstəyi verilir. Bu razılaşma hazırda Avropa İttifaqının iqlim və enerji məqsədlərini həyata keçirmək üçün könüllü şəkildə öhdəlik götürmüş 7000-dən çox bələdiyyənin iştirakı ilə təqribən 57 ölkədə icra olunur.

O, Azərbaycanın enerji effektivliyinin artırılması üzrə fəaliyyətindən danışaraq, bu sahədə Aİ ilə birgə qanun layihələrinin hazırlandığını vurğulayıb və Azərbaycanın da Merlər Razılaşmasının potensialından istifadə edəcəyinə əminliyini ifadə edib.

Seminarda “Merlər Razılaşması Şərq” layihəsi üzrə Gürcüstan, Ukrayna, Belarusdan olan ekspertlərin məruzələri dinlənilib. Bildirilib ki, Aİ-nin maliyyələşdirdiyi bu layihə Şərq Tərəfdaşlığı ölkələrinə Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planlarının işlənib hazırlanması və həyata keçirilməsində dəstək göstərir və bu seminar vasitəsilə Avropa İttifaqının Merlər Razılaşmasını Azərbaycanda potensial iştirakçı tərəflərə təqdim etmək, onlar arasında məlumatlandırmanın artırılmasına və bununla da Azərbaycanın bu təşəbbüsə qoşulmasına nail olmaq olar.

Energetika Nazirliyinin nümayəndəsi Ələsgər Həsənov “Enerji effektivliyi – ölkənin enerji siyasətinin əsas istiqamətlərindən biri” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanda enerji səmərəliyi sahəsində görülən işlər, bu istiqamətdə gələcəkdə atılacaq addımlar, enerji səmərəli üzrə qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə layihələrin reallaşmasında Aİ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinın nümayəndələrinin və ekspertlərin Merlərin Razılaşması təşəbbüsü üzrə öhdəliklər və çağırışlar, koordinatorlar və razılaşma klubları, şərq regionunda ən yaxşı təcrübələr, tərəfdaşlar üçün üstünlüklər və imkanlara dair məruzələri dinlənilib.

Seminar çərçivəsində Merlərin Razılaşması təşəbbüsü üzrə fikir mübadiləsi aparılıb və bələdiyyələri maraqlandıran suallar cavablandırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!