USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"A320" təyyarəsində partlayış olduğunu təkzib ediblər

Misirin Məhkəmə-Tibbi Ekspertiza Xidməti "Egypt Air" şirkətinə məxsus "A320" sərnişin təyyarəsinin partlayış nəticəsində qəzaya uğraması iddialarını təkzib edib. RİA Novosti xəbər verir ki, bu təkziblə Xidmətin rəisi Hişam Əbdülhəmid çıxış edib.

Daha əvvəl bildirilirdi ki, təyyarə və insan qalıqlarının ilkin müayinəsi qəzanın partlayış nəticəsində baş verdiyini göstərir. H.Həmid bildirib ki, bu, yalan məlumatdır.

Yayılan məlumatları Fransa istintaq qrupunun nümayəndələri də təkzib ediblər. İstintaq qrupundan bildirilib ki, dəqiq məlumat "qara qutu"ların müayinəsindən sonra verilə bilər.

Xatırladaq ki, "Egypt Air" şirkətinə məxsus təyyarə mayın 19-da Paris-Qahirə istiqamətində uçarkən qəzaya uğrayıb. Təyyarə Qahirə beynəlxalq hava limanına yerli vaxtla 03:05-də enməli idi, lakin Misir sahilinə 280 km qalmış Aralıq dənizi üzərində uçarkən radarlardan itib.

Təyyarənin göyərtəsində 12 ölkəni təmsil edən 56 sərnişin və 10 heyət üzvü olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!