USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Növbəti tədris ilindən 6 yaşı tamam olan uşaqlar I sinfə müsabiqəsiz qəbul olunacaq

"Növbəti tədris ilindən 6 yaşı tamam olan uşaqlar I sinfə müsabiqəsiz qəbul oluna biləcəklər".

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov  deyib.

Onun sözlərinə görə, "Təhsil haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların I sinfə qəbul edilməsi ilə bağlıdır: "Bu, o demək deyil ki, bu yaşda olan uşaqların hamısı  kütləvi şəkildə I sinfə qəbul olunacaqlar. Yalnız valideyn istədikdə bu baş verəcək".

F.Qədirov bildirib ki, "Təhsil haqqında” qanununa edilmiş dəyişikliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

O qeyd edib ki, "Təhsil haqqında” qanuna 60-dan çox dəyişiklik olunub,  qanuna 2 yeni maddə əlavə edilib".

Qeyd edək ki, əvvəlki qanunvericiliyə əsasən, uşaqların I sinfə qəbulu sentyabrın 15-dək 6 yaşı taman olan zaman aparılıb. Sentyabrın 15-dən dekabrın 31-nə kimi 6 yaşı tamam olan uşaqların I sinfə qəbulu müsabiqə yolu ilə aparılıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə  2018-ci il 12 iyun tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!