19/07/2018 03:54

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9794 0.0271 0.3539


Havadasan

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu


06.07.2018   17:18


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Ötən günlərlə müqayisədə havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

 Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. 

Aran rayonlarında günəşli hava şəraiti olacaq. İyulun 07-də qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40 dərəcə  isti təşkil edəcək. 

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, yağmursuz hava şəraiti müşahidə olunacaq. İyulun 07-dən iyulun 08-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar əhalini çimərliklərdə ehtiyatlı olmağa çağırırıq.




Xəbər lenti

18 Iyul













ASAN Radio telefonunuzda
Facebook