USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İndoneziya nümayəndə heyəti ASAN təlimlərinə cəlb olunub

2017-ci il 24 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində 2018-ci il 4-6 iyul  tarixində İndoneziya Respublikasının müxtəlif regionlarını təmsil edən nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri ilə tanış olmaq və Dövlət Agentliyi tərəfindən onlar üçün təşkil edilən təlimlərdə iştirak etmək məqsədi ilə ölkəmizə səfər edib.  

3 günlük səfər müddəti ərzində İndoneziya nümayəndə heyətinə “ASAN Təlim-Tədris Mərkəzi”ndə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən “İnteqrasiya olunmuş xidmətlər və innovasiyalar üzrə Azərbaycan modeli” başlığı altında müxtəlif mövzular üzrə təlimlər keçirilmişdir.

Bundan əlavə qonaqlar səfər zamanı 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərinə səfər etmiş, eyni zamanda “ASAN Radio”nun fəaliyyəti ilə tanış olmuşlar.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar. 

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!