15/11/2018 16:30

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9274 0.0254 0.3112


ASAN xəbər

Səyyar “ASAN xidmət” Şəkidə ödənişsiz tibbi müayinə aksiyası keçirir


12.07.2018   10:23


12 iyul 2018 ci il tarixində "ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Şəkidə ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ASAN Radioya bildiriblər ki, aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlana bilərlər.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, bu aksiyanın layihə müddətində səyyar “ASAN xidmət”in olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.




Xəbər lenti

15 Noyabr
14 Noyabr











ASAN Radio telefonunuzda
Facebook