USD - 1.7 EUR - 1.9398 RUB - 0.0254 TRY - 0.3119 DAHA ÇOX
SON DƏQİQƏ
“ADA” Universiteti KOB-la əməkdaşlıq edəcək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb
“ASAN Xidmət”-də 131 hüquqi şəxsə icazə verilib

2018-ci ilin II rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 105 hüquqi şəxsə icazə verilib.

Nazilrikdən ASAN Radioya verilən xəbərə görə ,bunlardan 87 icazə 5 saylı “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib. Verilmiş icazələrin 82-si ixrac nəzarətinə düşən malların idxalı, 13-ü ixrac nəzarətinə düşən malların ixracı, 10-u isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı icazələr olub. 

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə elektrik enerjisinin sənaye parkının hüdudlarında paylanmasına görə 1 icazə verilib. 

Ümumilikdə 2018-ci ilin 6 ayı ərzində Energetika Nazirliyi tərəfindən 177 hüquqi şəxsə icazə verilib və bu icazələrin 131-i ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Qaydalara uyğun olaraq, icazələrin verilməsi üçün təqdim olunmuş sənədlərdə məlumatların, texniki göstəricilərin düzgünlüyü yoxlanılıb, xarici iqtisadi əlaqələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş malların ixrac nəzarətinə düşən malların siyahısına uyğunluğu araşdırıldıqdan sonra həmin malların ixracı, idxalı və tranzitinə icazə verilib. Bundan başqa icazələrlə bağlı təqdim olunmuş sənədlərin və verilmiş icazələrin reyestri aparılıb və həmin məlumatlar elektron qaydada İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilib. 

Qeyd edək ki, 1 fevral 2018-ci il tarixindən Energetika Nazirliyi tərəfindən müvafiq icazələrin “ASAN Xidmət” mərkəzi vasitəsilə verilməsi sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılmasını və verilmə prosesinin asanlaşdırılmasını təmin edib. Hazırda 3 növ icazənin “ASAN Xidmət” mərkəzi vasitəsilə verilməsi həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Vətəndaşlar nazirliyin rəsmi internet səhifəsində “Elektron xidmətlər” bölməsinə daxil olmaqla (və ya e-xidmet.minenergy.gov.az saytına girərək) icazə almaq üçün sənədlərini elektron qaydada da göndərə bilərlər.

Hazırda Energetika Nazirliyi tərəfindən “icazələrin verilməsi” üzrə informasiya ehtiyatının “Lisenziya və icazələr” portalına inteqrasiya edilməsi üçün işlər davam etdirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsində göstərilmiş nazirlik tərəfindən verilən icazələr barədə məlumatlar Dövlət Xidmətləri Portalına daxil edilib və Energetika Nazirliyinin rəsmi internet səhifəsində yaradılmış “Xidmətlər” bölməsinin “Dövlət xidmətləri” hissəsində yerləşdirilib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio