USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
Böyüklər qızılca-məxmərəyə qarşı peyvənd ediləcək Sutka ərzində atəşkəs rejimi 20 dəfə pozulub Nextsale və Whelp startaplarına investisiyalar verilib Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistan Respublikasına səfər edib İstirahət günlərində gözlənilən hava proqnozu
Bu gün “Neftçi” klubu UEFA Avropa Liqasında ilk oyununa çıxacaq

İyulun 12-də “Neftçi” klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Macarıstanın “Uypeşt” komandası ilə üz-üzə gələcək.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı hollandiyalı referi Dennis Xiqler idarə edəcək. Baş hakimin köməkçiləri Yost Van Zuylen, Cohan Balder və Simen Mulder olacaqlar. Görüş Bakı vaxtı ilə saat 21:00 başlayacaq.

Qeyd edək ki, oyunla əlaqədar Bakıya gələn Macarıstanın “Uypeşt” klubunun iki futbolçusuna - malili yarımmüdafiəçi Diallo Alassana və nigeriyalı hücumçu Obinna Emmanuel Nvobodoya hava limanında viza verilməyib. Hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana göndəriləcək.

Beləliklə, baş məşqçi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalıb. Bakıya gec çatdıqlarından budapeştlilər “Dalğa Arena”da məşqə çıxa bilməyiblər və baş məşqçinin mətbuat konfransı ləğv olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio