20/07/2018 22:33

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9828 0.0267 0.3529


Dövlət qurumları

XİN: NATO sammitinin kommünikesində Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunmasını təqdir edirik


12.07.2018   18:20


Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, bəyanatda deyilir: 

“Azərbaycan prezidenti İlham Əliyev 10-12 iyul 2018-ci il tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində işgüzar səfərdə olub. Prezident İlham Əliyev səfər zamanı NATO-nun Zirvə Toplantısı çərçivəsində Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” üzrə Əməliyyat Tərəfdaş Dövlətləri və potensial Əməliyyat Tərəfdaş Dövlətləri ilə birlikdə dövlət və hökumət başçıları səviyyəsində iclasında iştirak edib. İclasda Prezident İlham Əliyev çıxış edib. NATO üzv dövlətləri zirvə toplantısının yekununda qəbul etdikləri kommünikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər. 2006-cı ildən başlayaraq NATO üzv dövlətləri zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər”.

Qeyd olunub ki, Azərbaycan Respublikası Avropa İttifaqı və NATO üzv dövlətləri tərəfindən müvafiq olaraq Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi və NATO-nun Brüssel zirvə toplantısının kommünikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir: “Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir”.




Xəbər lenti

20 Iyul
19 Iyul













ASAN Radio telefonunuzda
Facebook