USD - 1.7 EUR - 1.9398 RUB - 0.0254 TRY - 0.3119 DAHA ÇOX
SON DƏQİQƏ
“ADA” Universiteti KOB-la əməkdaşlıq edəcək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb
Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında iyulun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

ASAN Radioya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək.

İyulun 14-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyinin arabir güclənəcəyi ilə əlaqədar, çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq.

Azərbaycanın rayonlarında iyulun 14-də  hava şəraitinin yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

İyulun 14 və 15-də Abşeron yarımadasında temperaturun ötən günlərlə müqayisədə aşağı enməsi, mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amildir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio