20/10/2018 23:39

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Birjadasan

Ziya Bünyadov prospektində avtomobil tunelində hərəkət məhdudlaşdırılacaq


17.07.2018   10:16


İyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra (Baku Steel Company-nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq.

ASAN Radioya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu məqsədlə tunelin üzü Koroğlu metrostansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.




Xəbər lenti

20 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook