USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Külli miqdarda narkotik vasitənin Avropaya daşınmasının qarşısı alınıb

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə külli miqdarda narkotik vasitələrin İrandan Avropa ölkələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, daxil olan məlumat əsasında Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İrandan Danimarkaya "İşıqlandırma avadanlıqları" yükü aparan, İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsi Yük Şöbəsinin idxal nəzarət xəttində saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

"Kiti" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə nəqliyyat vasitəsinin qoşqusunun təkərlərinə reaksiya verib. Eyni zamanda təkərlərin arasında olan oxların sıxlığı "Buster" cihazı ilə yoxlanılan zaman oxlardakı sıxlıqların fərqli olduğu müəyyən edilib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə aparılan əsaslı yoxlama nəticəsində qoşqunun təkərlərinin arasındakı 3 ədəd oxun içərisindən gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 49 200 qram təşkil edən kəskin iyli, tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!