USD - 1.7 EUR - 1.9105 RUB - 0.0266 TRY - 0.2917 DAHA ÇOX
SON DƏQİQƏ
Problemli kreditlərlə bağlı ödənişlərin veriləcəyi tarix məlum olub Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin əl işlərindən ibarət sərgidə - FOTOLAR Messi həftənin ən yaxşı futbolçusu seçildi Səyyar “ASAN xidmət” Qazaxda
Səudiyyə Ərəbistanı Krallığının ədliyyə nazirinin müavini "ASAN xidmət"də

24 iyul 2018-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının ədliyyə nazirinin müavini Əbdüləziz bin Abdullah bin Naser əl-Naserin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin və “ASAN radio”nun fəaliyyəti ilə tanış olub.

Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiyaya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır.

Bu günədək 23 milyona yaxın vətəndaşın müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndiriblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio