USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Adı ASAN işi çətin - Videoreportaj 

ASAN Radio dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Faydalı məlumat dalğası. Artıq bu dalğanı respublikanın əksər rayonlarında dinləmək mümkündür.

Faydalı məlumat dalğası həm də faydalı işlərlə gündəmdədir. Söhbət gələcəyin media işçilərini yetişdirməkdən gedir.

ASAN Radio sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canli efirlər, audio və videoreportajlar ASANı fərqləndirən əsaslardandır.

Radionun baş redaktorunun sözlərinə görə, ASANı digərlərindən fərqləndirən vacib xüsusiyyətlərdən biri də istinad mədəniyyətidir.

Adının ASAN olmağına baxmayaraq işi olduqca çətin və maraqlı olan radioda təcrübəli əməkdaşlarla yanaşı gənclər də çalışır. Amma təbii ASANın çətinlikləri təcrübəlilərin çiyinlərindədir.

ASAN Radioda prioritet yalnız dövlət xidmətləri sahəsində ixtisaslaşma və milli musiqi deyil. Eyni zamanda beynəlxalq layihələrin reallaşmasıdır. Məsələn, Avropa İttifaqının dəstəyi və ADA-nın bələdçiliyi ilə Avropadasan, BMT-nin Azərbaycan nümayəndəliyi ilə birgə qlobal məqsədlər, “British council”la əməkdaşlıq çərçivəsində “Obla Air” və Böyük Britaniyanın dünyada tanınmış şousu “Selector” ASAN Radio ilə əməkdaşlıq formatında 100 fm dinləyicilərinə təqdim olunur. 

Beynəlxalq layihələr çərçivəsində mənim ən çox sevdiyim isə TRT Radiosu ilə birgə qurulan radiokörpüdür. Hansi ki, aparıcısı indi müsahibimdir.

ASAN Radio həm də bir sıra irimiqyasli yarışların, tədbirlərin sərgilərin eksklüziv radio tərəfdaşıdır. Ən əsası isə bu tərəfdaş yol boyu dinlədiyimiz, dinlədikcə öyrəndiyimiz və dincəldiyimiz qulaq yoldaşıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!