USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
KTN və AQTA arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında qida təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş mərasim keçirilib. 

ASAN Radionun məlumatına görə, imzalanma mərasimində çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son illər Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla da kənd təsərrüfatı sahəsində sosial iqtisadi göstəricilər yüksəlib və respublikada bu sahənin inkişafı prosesində əhəmiyyətli uğurlar əldə olunub.

Nazir ölkədə qida təhlükəsizliyinin təminatı sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bu prosesdə iştirak edən dövlət qurumları arasında əməkdaşlığın və məlumat mübadiləsi aparılmasının vacib olduğunu deyib. İnam Kərimov qeyd edib ki, Anlaşma Memorandumu çərçivəsində hər iki qurum insan sağlamlığının qorunmasında kənd təsərrüfatı məhsullarının istehsalı, idxalı və ixracı zamanı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş prinsip və normalara əməl olunmasını, qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcək. 

Daha sonra çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, milli iqtisadiyyat perspektivləri üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiqi kənd təsərrüfatının inkişafı ilə yanaşı qida təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanlarını da genişləndirməkdədir. AQTA sədrinin sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı və qida sahəsi üzrə həyata keçirilən tədbirlər daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətili və təhlükəsiz qida məhsullarının istehsalına köməklik göstərəcəkdir. 

Çıxışlardan sonra kənd təsərrüfatı naziri İnam Kərimovla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar. İmzalanma mərasimindən sonra İnam Kərimov və Qoşqar Təhməzli media nümayəndələrinin suallarını cavablandırıblar. 

Qeyd edək ki, Anlaşma Memorandumunda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida zəncirinin bütün mərhələlərində mütəxəssislərinin iştirakı ilə sanitar, baytarlıq və fitosanitar norma və qaydaların təhlilinin aparılmasına, nəticələrin ümumiləşdirilərək bu sahədə qüvvədə olan norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılmasına dair birgə təkliflər hazırlayacaq, qida zənciri boyu bütün potensial təhlükələrin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün birgə tədbirlər həyata keçirəcəklər. 

Bundan başqa Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi böhran vəziyyətlərində qida təhlükəsizliyinin çevik qiymətləndirilməsi,  idarə edilməsi və xəbərdarlıq prosedurlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayacaq, risklər barədə maraqlı tərəflərin (aidiyyətı dövlət orqanlarının, sahibkarlıq subyektlərinin və əhalinin) məlumatlandırılması formalarını müəyyən edəcəklər. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!