USD - 1.7 EUR - 1.9398 RUB - 0.0254 TRY - 0.3119 DAHA ÇOX
SON DƏQİQƏ
“ADA” Universiteti KOB-la əməkdaşlıq edəcək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb
Xəyyam Mirzəzadənin oğlu: “Atam Azərbaycanın canlı tarixi idi"

"Atamın həmişə əsas məqsədi dövlətə layiqincə qulluq etmək olub. Xəyyam Mirzəzadə Azərbaycanın canlı tarixi idi".

ASAN Radionun xəbərinə görə, bunu bəstəkar Xəyyam Mirzəzadənin oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə deyib:

“Atam çox mürəkkəb xarakterə malik insan idi. Kobud bir insan kimi görünməsinə  baxmayaraq, qeyri-adi istedada malik biri idi. Hər zaman sevdiklərinə hörmətlə yanaşırdı. Onun hər biri əsəri xaricdə geniş təbliğ olunurdu. Atamdan mənə yadigar qalan onun əsərləri oldu. Son illər xəstəliyinə görə  ayaqlarında problem yarandığından gəzə bilmirdi, ancaq xəstə olsa da, ölkədə baş verənləri diqqətlə izləyirdi".

P.Mirzəzadə dövlət tərəfindən atasına həmişə diqqət və qayğı göstərildiyini qeyd edib: "Heç vaxt xəstəliyi ilə bağlı kimlərəsə nəsə deməyimizi istəmirdi. Kimisə narahat etmək istəməzdi. Xəstə olanda belə daim yeni əsərlər yaradırdı".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio