21/10/2018 19:53

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Birjadasan

Bu ərazidə hərəkət məhdudlaşdırılır


01.08.2018   10:42


Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) avqustun 1-dən avqustun 2-nə keçən gecə hərəkət məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ASAN Radioya verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək.

Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna dairə istiqamətinə yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.




Xəbər lenti

20 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook