USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Heydər Camalın oğlu və digər rusiyalı jurnalistlərin qətli ilə bağlı açıqlama verilib

Mərkəzi Afrika Respublikası (MAR) aralarında mərhum teoloq və politoloq Heydər Camalın oğlu, rusiyalı jurnalist Orxan Camalın da olduğu 3 jurnalistin öldürülməsinin detallarının açıqlayıb.

APA-nın məlumatına görə, “Associated Press” Sibyu şəhərinin rəsmisi Marselina Yoyoya istinadən yazır ki, Vaqnerin şəxsi hərbi şirkətinin fəaliyyəti barədə sənədli film hazırlamaq üçün MAR-a yollanan çəkiliş qrupunun üzvlərini 10 nəfər tutub.

Onlar ərəb dilində danışıblar: “Çəkiliş qrupu axşam saat 19:00 radələrində şəhərdən çıxıb. Təhlükəsizlik qüvvələri artıq qaranlıq olduğu üçün onlara şəhərdən çıxmamağı tövsiyə edib, lakin qulaq asmayıblar. Onlara Sibyu şəhərindən 23 km uzaqlıqda hücum edilib. Hücum edənlərin hamısı əmmamədə olublar və ərəbcə danışıblar". 

Sibyu şəhərinin meri Andri Depele bundan əvvəl verdiyi açıqlamasında bildirmişdi ki, hücum nəticəsində jurnalistləri daşıyan nəqliyyat vasitəsinin sürücüsü sağ qalıb. Onun sözlərinə görə, çəkiliş qrupu gecə yarısı kolların arasından atəşə tutulub.

Rusiyalı jurnalistlərin MAR-a sahibkar, ictimai xadim Mixail Xodorkovskinin “Araşdırmaların İdarə Olunması Mərkəzi” tərəfindən göndərildiyi təsdiqlənib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!