USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BDU-nun “Tədris teleradio studiyası”nın açılış mərasimi oldu

Bakı Dövlət Universitetinin “Tədris teleradio studiyası”nın açılış mərasimi keçirilib. Açılışda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin (TİKA) başqan müavini Ali Maskan, BDU rektoru, akademik  Abel Məhərrəmov, media və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Jurnalistika fakültəsinin Televiziya və Radio Jurnalistikası (RTV) kafedrasının nəzdində yaradılmış bu studiya Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin (TİKA) BDU ilə birgə layihəsi çərçivəsində yenidən qurulub. RTV kafedrasının  gənc araşdırmaçıları studiyada yayımın uğurla gerçəkləşməsi üçün TRT-də dördhəftəlik təlim keçiblər.

 

Qeyd edək ki, Bakı Dövlət Universitetində yeni istifadəyə verilən BDU Radio bdufm.org saytı vasitəsilə 18 aprel 2016-cı ildən canlı yayımlanır. Artıq bir ay müddətində  BDU Radio 24 saatlıq yayımı reallaşdırmaqdadır. “Tələbə səhəri”, “A kapella”, “REPlika”, “Tələbə bileti”, “Kinomatik”, “Futbol vaxtı”, “English time”(ingilis dilində), “Top arena”  kimi  maarifləndirici-əyləndirici radioproqramlar, eyni zamanda “Xəbərlər” informasiya buraxılışı, xarici və milli musiqi nümunələri həftəlik yayım planına daxildir. Həmçinin tələbələr BDU TV studiyasından bir sıra “promo” videoçarxların və televiziya verilişlərinin hazırlanmasında yaxından iştirak edirlər. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!