1997-2017-ci illər ərzində əlillərə dövlət tərəfindən 6028 mənzil verilib. Bunu REAL-a müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Anar Əliyev deyib. Onun sğzlərinə görə, hazırda 4000 nəfər mənzil növbəsindədir: “2018-ci ildə 207 mənzil və fərdi yaşayış evinin tikintisi nəzərdə tutulurdu. Lakin avqustun 1-də prezident İlham Əliyev əlavə 300 mənzilin tikintisi barədə göstəriş verdi. Beləliklə, bu Qarabağ müharibəsi əlilləri və şahid ailələrinə veriləcək mənzillərin sayı 507-yə çatacaq”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!