USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
3500-dən çox vətəndaşın biznes-planı müsbət qiymətləndirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işaxtaran və işsiz şəxslərin özünüməşğulluq proqramına cəlb olunması  işləri davam etdirilir.

Nazirlikdən ASAN Radioya bildirilib ki, bu il proqrama cəlb olunmaq üçün müraciət edən şəxslər arasından özünüməşğulluq potensialına malik 5,7 mindən çox işaxtaran və işsiz şəxs kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb edilib. Təlim kurslarını bitirmiş şəxslərdən 3,8 minə yaxın şəxsin biznes-planlarının qiymətləndirilməsi həyata keçirilib.

Biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında aparılan qiymətləndirmə nəticəsində artıq 3,5 mindən çox vətəndaşın biznes-planı müsbət qiymətləndirilib. Onların təxminən 75 faizi kənd təsərrüfatı, qalanları xidmət, istehsal və s. sahələrini əhatə edir.

Uğurlu hesab edilən biznes-planlar üzrə işaxtaran və işsiz vətəndaşların ailə təsərrüfatlarının formalaşdırılması üçün onlara yaxın vaxtlarda aktivlər (mal və materiallar) təmin ediləcək.

Cari il ərzində 7 minədək şəxsin özünüməşğulluq proqramına cəlb olunması  planlaşdırılıb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!