USD - 1.7 EUR - 1.923 RUB - 0.0257 TRY - 0.3219 DAHA ÇOX
SON DƏQİQƏ
Moskvada Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir Səhiyyə naziri Oqtay Şirəliyev ATU-da yeni Tədris Mərkəzinin açılışında iştirak edib Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə rəhbər təyinatı olub “Kərgədan buynuzu” tamaşası nümayiş olunub
Özbəkistan nümayəndə heyəti "ASAN xidmət"də

7-8 avqust 2018-ci il tarixlərində Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət” təcrübəsi ilə tanış olmaq məqsədilə ölkəmizə səfər edib. Səfər çərçivəsində qonaqlar “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmət avtobusu, “ABAD” sərgi-satış mərkəzi, “ASAN Radio” və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olublar.

Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 23 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Qonaqlara Dövlət Agentliyinin şöbələri tərəfindən təqdimatlar edilib, həmçinin, Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio