20/10/2018 00:20

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


ASAN xəbər

Kənd təsərrüfatı naziri yeni qaydaları təsdiqləyib


09.08.2018   07:16


Kənd təsərrüfatı nazir İnam Kərimov “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları”nı təsdiq edib.

 

Nazirlikdən ASAN Radioya verilən məlumata görə, qəbul olunan etik davranış qaydalarının məqsədi vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinə etimadını yüksəltmək, fermerlərin çağırışlarına hazır müasir düşüncəli, operativ və öz davranışları ilə nümunə olacaq əməkdaşların formalaşdırılması, nazirliyin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasıdır. Qaydalara əsasən, əməkdaşların xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətdir.

 

Qaydalarda etik davranış qaydalarına əməl olunmasının təminatı, rəhbərlik tərəfindən həyata keçiriləcək nəzarətin mexanizmi etik davranış qaydalarının pozulmasına görə məsuliyyətlə bağlı məsələlər öz əksini tapıb.

 

Qaydalarda nazirlik əməkdaşının peşəkarlıq və fərdi məsuliyyətinin artırılması, loyallıq prinsipinə əməl edilməsi, qərəzsiz olması və digər məsələlərlə bağlı müddəalar öz əksini tapıb. Etik davranış qaydalarına riayət olunmasının təminatı olaraq bu qaydalar internet vasitəsilə ictimaiyyətə açıqlanacaq.

 

“Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları”na uyğun olaraq Nazirlik Aparatının, tabeli qurumların, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşlarına etik davranış qaydaları, dinləmə qabiliyyəti, fermerlərin müraciətlərinin düzgün və operativ cavablandırılması və digər bu kimi mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur.




Xəbər lenti

19 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook