USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakının yeni baş planının detalları açıqlandı

“Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı cənab prezident xüsusi tapşırıq verib”.

AzVision.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. 

"Həmin şirkətlə birgə işi 2 mərhələyə bölmüşük. Birinci mərhələdə Bakı şəhərinin Azərbaycan iqtisadiyyatının prioritetlərinə uyğun inkişaf olunması, eyni zamanda dünya səviyyəsində olan trendlər nəzərə alınır. Baş plan şəhərin əsas şəhərsalma sənədidir. Eyni zamanda bu, iqtisadi, sosial, mədəni və bütün sahələri əhatə edir. Əsas məqsədimiz ondan ibarətdir ki, şəhər elə inkişaf etsin ki, onun dayanıqlığı, sistemli inkişafı burada yaşayan insanlar üçün tam rahat yaşayış məkanına çevrilməklə, eyni zamanda iş yerlərinin açılması, onların asudə vaxtının keçirilməsi üçün hər cür şərait yaradılsın. Tarixi abidələrin qorunması baş planın əsas istiqamətlərindən biridir. 

Ona görə bütün istiqamətlər üzrə aidiyyatı dövlət orqanları, eyni zamanda iş adamları, qeyri-hökumət təşkilatları ilə görüşlər keçirilir. Bununla bağlı fikir mübadiləsi aparılır. Hər bir istiqamət üzrə təhlil aparılır. Həmin təhlillər nəticəsində konseptual istiqamətlər müəyyənləşəndən sonra texniki məsələlərlə məşğul olacayıq. Növbəti mərhələdə bu sahədə ixtisaslaşmış, dünya səviyyəsində həm şəhərsalma, həm də memarlıq üzrə tanınmış şirkətlər cəlb olunacaq. Həmçinin yerli mütəxəssisləri cəlb etməklə, bu plan elə səviyyədə hazırlanacaq ki, Bakının inkişafına təkan verəcək. 

Eyni zamanda Bakıya təşrif buyurmuş turistlər, qonaqlar bu gün olduğu kimi Bakıdan zövq alacaqlar. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bakıya gələn qonaqlar buradan zövq alırlar. Biz fəxr edirik ki, belə paytaxtımız var. Eyni zamanda bunun daha sistemli, gələcək 20 ilə inkişafının dayanıqlığını təmin etmək üçün plan üzərində çalışmağa başlamışıq". 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!