19/09/2018 17:33

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9848 0.0253 0.2664


Mədəniyyət

İtaliyada Qara Qarayevə həsr edilən konsert keçiriləcək


13.08.2018   17:00


Avqustun 21-dən sentyabrın 8-dək İtaliyada VIII Livorno Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində sentyabrın 4-də Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevə həsr edilən fortepiano konserti təqdim olunacaq.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertdə tanınmış pianoçu Olqa Domninanın ifasında Qara Qarayevin, Dmitri Şostakoviçin və Fərəc Qarayevin əsərləri səsləndiriləcək.














ASAN Radio telefonunuzda
Facebook