USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb

Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb.

ASAN Radio xəbər verir ki, Azərbaycan məhsullarının ixracının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılması məqsədilə ticarət evlərinin açılması əhəmiyyətli tədbirlərdəndir. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avqustun 15-də keçirilən İxracatçılar Klubunun növbəti iclası da məhz Azərbaycanın xarici ölkələrdəki ticarət evlərinin yaradılmasına və fəaliyyətinə həsr olunub. Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən istehsalçı şirkətlərin 150-ə yaxın nümayəndəsi iştirak edib.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, məhsullarımızın ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə artıq 3 ölkədə - Belarus, Latviya və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb. Ukrayna və Latviyadakı ticarət evləri isə bu il fəaliyyətə başlayıb. Ticarət evlərində Azərbaycan şirkətlərinin istehsal etdiyi müxtəlif növ məhsulların daimi sərgisi fəaliyyət göstərir. Bu sərgilərdə şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və sair nümayiş olunur. Bu ilin sonunadək isə Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Çin, Qazaxıstan və Rusiyada Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.

R.Məmmədov iş adamlarını Azərbaycanın xarici ölkələrdəki ticarət evlərində yaradılmış imkanlardan faydalanmağa və səmərəli əməkdaşlığa dəvət edib, bunun müvafiq ölkələrə ixracın artırılmasında əhəmiyyətini vurğulayıb.

İclasda Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi və bu məqsədlə tətbiq olunan mexanizmlər, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də məlumat verilib.

Sonda ticarət evlərinin fəaliyyətinə dair sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!