USD - 1.7 EUR - 1.927 RUB - 0.0259 TRY - 0.3195 DAHA ÇOX
SON DƏQİQƏ
“Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub Prezident İlham Əliyev banqladeşli həmkarına başsağlığı verib Şəki regional “ASAN xidmət” mərkəzində miqrasiya sahəsindəki yeniliklər barədə məlumat verilib Maliyyə bazarlarında yoxlama aparılacaq - Qanun dəyişdi HHM bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
Salyanda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib

Salyanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı martın 26-da Bərdə rayonunda keçirilmiş “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilmiş tapşırıqların icrasına həsr olunmuş respublika müşavirəsi keçirilib. 

KTN-dən ASAN Radioya bildirilib ki, Heydər Əliyev Mərkəzində baş tutan müşavirədə çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov prezident İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi aqrar sahənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. Bununla da kənd təsərrüfatı sahəsində sosial-iqtisadi göstəricilər yüksəlib və respublikada bu sahənin inkişafı prosesində əhəmiyyətli uğurlar əldə edilib.  

Nazir bildirib ki, kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində,  xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, valyuta axının qarşısının alınması, vətəndaşların keyfiyyətli və əlçatan kənd təsərrüfatı məhsulları ilə təminatı qarşımızda duran əsas məqsədlərdən biridir. 

Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən kənd təsərrüfatı naziri pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib. 

Nazir çıxışında 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib. 

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Pambığın intensiv texnologiyalar əsasında becərilməsi”, kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov “Cari ildə pambıq əkininin vəziyyəti”, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Seymur Mövlayev “Pambıqçılıqda texnika, gübrə və pestisidlərlə bağlı mövcud vəziyyət”, Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov “Pambıq əkinlərində səmərəli bitki mühafizə tədbirlərinin təşkili mövzularında çıxışlar ediblər. 

Tədbir zamanı fermerlərin sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb. 

Müşavirədən sonra iştirakçılar Salyan Dövlət Sort Sınaq Məntəqəsinə məxsus sahədə pambıq əkininə baxış keçiriblər. 

Qeyd edək ki, bu il respublikanın 22 rayonunda  132,5 min ha sahədə pambıq əkini həyata keçirilib. Hazırda aqrotexniki qaydada becərmə işləri davam etdirilir və mövsümün sonuna 260 min ton pambıq istehsalı gözlənilir.

Emal sənayesinin yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində  Ucar rayonunda illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun tikintisi  başa çatmaq üzrədir. Zavodda digər emal məhsulları ilə yanaşı, ildə 20 min ton pambıq yağı və 2500-3000 ton lifsiz pambıq toxumu istehsal ediləcək. Bununla da lifsiz pambıq toxumu istehsal edəcək müəssisənin fəaliyyəti hesabına ölkədə pambıq toxumuna olan tələbat tam ödəniləcək.

Pambıqçılıq məhsulları üzrə emal dərinliyinin artırılması hesabına bu sahədə yaradılacaq əlavə dəyərin daha da artırılması üçün 2021-ci ilədək Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisənin inşasına başlanılıb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio