USD - 1.7 EUR - 1.927 RUB - 0.0259 TRY - 0.3195 DAHA ÇOX
SON DƏQİQƏ
“Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub Prezident İlham Əliyev banqladeşli həmkarına başsağlığı verib Şəki regional “ASAN xidmət” mərkəzində miqrasiya sahəsindəki yeniliklər barədə məlumat verilib Maliyyə bazarlarında yoxlama aparılacaq - Qanun dəyişdi HHM bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
Prezidentin sərəncamı ilə Gülxar Həsənovanın 100 illik yubileyi qeyd ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

ASAN Radionun məlumatına görə, sərəncamda qeyd olunur:

2018-ci ilin dekabr ayında Azərbaycanın görkəmli opera müğənnisi, xalq artisti Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyi tamam olur. 

Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaratmış, uzun illər ərzində aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazmışdır. Gənc opera solistlərinin hazırlanmasında onun təqdirəlayiq xidmətləri vardır. Yüksək səhnə mədəniyyətinə malik sənətkar muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi musiqsevərlərin qəlbində dərin izlər buraxmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan opera sənətinin inkişafına dəyərli töhfələr vermiş görkəmli müğənni Gülxar Həsənovanın 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio