USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə satış yarmarkaları təşkil olunacaq - Siyahı

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur.  21-23 avqust tarixlərində keçiriləcək yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub. Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstan Respublikasından gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.

Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara ümumilikdə 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır. 

Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək:

Bakı şəhəri üzrə

Nərimanov rayonu

1. Əliyar Əliyev küçəsi, 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi) 

2. Əlyar Əliyev küçəsi, 36a (“Təbriz” KM, Keşlə bazarı) 

3.  Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı) 

Suraxanı rayonu

1. Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı

2. Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, “V” massivi

Binəqədi rayonu

1. Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)

2. Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (“Dördyol” adlanan yer)

3. Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı) 

4. Cəfər Xəndan küçəsi, 54, “Oazis”  restoranının  yanı (“Ət pavilyonu” adlanan ərazi) 

Xətai rayonu

1. Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)

Yasamal rayonu

1. Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 7 

2. Xiyabani küçəsi, 10c

3. Şərifzadə küçəsi 196, “İdeal” şadlıq sarayının həyəti 

Nizami raronu

1. Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi

2. Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi

Səbail rayonu

1. 20-ci sahə (Badamdar şosesi)

2. Bayıl bazarı, Gülbala Əliyev küçəsi 

Xəzər rayonu

1. Qala-Pirallahı yolu, “Lambir“ müəssisənin arxası

Qaradağ rayonu

1. Lökbatan qəsəbəsi (“Meyvəli” MMC-nin ərazisi)

2. Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)

3. “Qoç-ət” MMC , Lökbatan qəsəbəsi

Sabunçu rayonu

1. Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, “Arzu” şadlıq sarayının yanı

2. Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, “Sabunçu” mərasim evinin yanı

3. Ramana qəsəbəsi, Şuşa şəhərciyi, “Pətək” marketin yanı

4. Zabrat qəsəbəsi,” Azmeat” MMC

5. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi

6. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, “Araz” marketin yanı

7. Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6

8. Maştağa qəsəbəsi “Kanal” marketin yanı

9. Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi 

10. Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107

11. Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24 keçmiş “Sərhan” marketin yanı

Bölgələr

Gəncə şəhəri

Yeni Gəncə qəsəbəsi, 2№-li məktəbin yanı

Neftçala rayonu

1. Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi

2. Xili qəsəbəsi

3. Bankə qəsəbəsi

4. Həsənabad qəsəbəsi

1) Şamaxı rayonu

1. Şamaxı şəhər stadionun yanı 

2) Göyçay rayonu

Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi)

3) İsmayıllı rayonu

1. “Yaşıl market”

4) Lənkəran şəhəri

1. Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz.

5) Ağdaş rayonu

1. Zeynəddin kəndi, mal bazarı

6) Quba rayonu

1. Heydər Əliyev prospekti, “Ət bazarı” deyilən ərazidə

7) Şirvan rayonu

1. 18 №-li məktəbin həyəti

2. 16№-li məktəbin həyəti

10) Şəki şəhəri

Şəki şəhərinin “Çöl yolu” adlanan ərazisində yerləşən heyvan satışı bazarı

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!