USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyə və Hollandiya arasında barışıq əldə olundu

Hollandiya və Türkiyə diplomatik əlaqələri normallaşdıraraq, yenidən bir-birilərinə qarşılıqlı səfir təyin edirlər.

AzVision.az xəbər verir ki, bu gün Vyanada holland həmkarı Stef Blok ilə görüşən Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu belə deyib. 

“Holland həmkarım Stef Blok ilə Vyanada görüşdük. İkitərəfli münasibətlərimizi normallaşdırmaq istəyimiz çərçivəsində səfirlərimizi ən qısa müddətdə təyin etməyə qərar verdik.” – deyə, Çavuşoğlu tvitter səhifəsində bəyan edib.

Qeyd edək ki, ötən ilin 16 aprelində Türkiyədə konstitusiya dyişikliyilə bağlı keçirilən referendum ərəfəsində Hollandiyadakı türk vətəndaşları ilə görüşərək söhbət etmək istəyən Çavuşoğlunun təyyarəsinə Amsterdam eniş etməyə icazə verməyib. Bu diplomatik qalmaqalın ardınca isə Hollandiya yenə də türk rəsmilərə qarşı kobudluq sərgiləyir. 2017-ci ilin 11 martında o zaman Türkiyənin ailə və sosial məsələlər naziri olan Fatma Betül Sayan Kayanın Rotterdamdakı Türkiyə Konsulluğuna girişinə icazə verilməyib. Hollandiya Kayanın cangüdənlərini həbs etmiş, nazirin özünü isə polisin müşayiəti ilə məcburi şəkildə Almaniyaya yollamışdı. 

Ankara bu cür münasibət qarşılığında Türkiyə xaricinə çıxan Hollandiyanın Ankaradakı səfirinin ölkəyə geri dönməyə qoymamışdı. Həmin vaxtdan bəri iki ölkə arasında diplomatik əlaqələr müvəqqəti işlər müvəkkili səviyyəsinə endirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!