USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Lionel Messi: “40 yaşımda futbol oynayacağımı rahat təsəvvür edə bilərəm"

“40 yaşımda futbol oynayacağımı rahat təsəvvür edərdim. Karyeramı başa vurandan sonra nə ilə məşğul olacağımı hələlik bilmirəm”.

“Report” xəbər verir ki, bunu İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi “Catalunya Radio”ya müsahibəsində deyib. 31 yaşlı kapitan hazırda yalnız harada və nə qədər oynaya biləcəyini düşündüyünü söyləyib: “Vaxtı çatanda nə ilə məşğul olacağıma dair qərar qəbul edəcəyəm. Hazırda yalnız müqaviləm başa çatana qədər baş verəcəklər haqqında fikirləşirəm. Bundan sonra klubla hər şeyi müzakirə edib, nə etməli olduğumuzla bağlı qərar verəcəyik. Planım Barselonada qalmaqdır. Uşaqlarım yerli məktəbdə təhsil alırlar, onların dostları var. Başqa şeylərlə müqayisədə, bu barədə daha çox düşünürük”.

Argentinalı hücumçu yeni mövsümdə əsas hədəflərinin Çempionlar Liqasını (ÇL) qazanmaqdan ibarət olduğunu söyləyib. Messi bunu reallaşdıracaq gücdə olduqlarını vurğulayıb: “ÇL-də uğurlu oynamalıyıq. Çünki son dörd ildə mübarizəni 1/4 finalda dayandırmışıq. Ötən mövsümdəki aqibətimiz isə ən pisi idi. Bu turnirdə qalib olmağa köklənmişik. Bunu reallaşdıracaq gücdəyik. İlbəil iştirakçıların tərkibi səviyyə baxımından bərabərləşir. Klublar oyunçu alışı üçün böyük pullar sərf edirlər. Mən Mançester klublarından, “Çesli”, “Real Madrid” və bizdən, eləcə də İtaliyanın bəzi klublarından danışıram”.

Qeyd edək ki, “Barselona” La Liqada yeni mövsümə ardıcıl 3 qələbə ilə başlayıb və 9 xalla 1-ci pillədə qərarlaşıb. Lionel Messi bu oyunlarda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!