USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Daha bir qəsəbədə daşınmaz əmlakın səyyar qeydiyyatı həyata keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar formada daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətlərini göstərən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” sosial aksiyası növbəti dəfə Abşeron rayonu, Pirəkəşkül-Qobustan qəsəbəsinin sakinləri üçün keçiriləcək.

Komitədən Asan Radioya verilən məlumata görə, kampaniyanın mobil ofisləri Abşeron rayonu, Pirəkəşkül-Qobustan qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsi, 1 (Qobustan İcra Nümayəndəliyinin yanında) ünvanında fəaliyyət göstərəcək. Qəsəbə sakinləri 10-14 sentyabr tarixlərində saat 09:00-dan 17:00-dək fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı operativ qeydiyyat xidmətləri üçün müraciət edə bilərlər.

Vətəndaşa yönəlik sosial kampaniyaların reallaşması hər kəsin qanunvericiliyə uyğun olaraq mülkiyyət hüquqlarından daha geniş və rahat şəkildə yararlanmasını təmin edir. Əlçatanlıq və məmnunluq prinsplərinə əsaslanan daşınmaz əmlakın bütün qeydiyyat xidmətləri vətəndaşların olduğu məkanda göstərilir.

Məlumat üçün bildirək ki, bu kampaniya başladığı vaxtdan Abşeron rayonu üzrə 8 qəsəbənin (Ceyranbatan, Saray, Məmmədli, Digah və digərləri) sakinlərini səyyar şəkildə yüksək keyfiyyətli xidmətlərlə təmin edib. Sosial əhəmiyyətli layihə çərçivəsində 650-ə yaxın vətəndaş müraciətinin qəbul edilməsinə nail olunub. Hər bir müraciətə komitə əməkdaşları tərəfindən həssaslıqla yanaşılıb, sakinlərə qanunvericiliyə uyğun olaraq xidmətlər göstərilib.

Qeyd edək ki, hazırda kampaniya Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsi, 1 (qəsəbə icra nümayəndəliyinin qarşısı) ünvanında fəaliyyət göstərir. Sakinlər mobil ofislərə yaxınlaşaraq daşınmaz əmlakla bağlı xidmətlərdən yararlana bilərlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!