USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq audit şirkəti güzəştli mənzillərin ilk satışının şəffaf keçdiyini təsdiq edib

05.09.2018-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 324 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyindən radiomuza verilən məlumata görə, “Güzəştli mənzil” sistemi “SOC 2” və “SOC 3” rəylərinə uyğun olaraq müstəqil beynəlxalq audit şirkəti "Ernst & Young" (“EY”) tərəfindən öncədən tam nəzarətə götürülmüş və sistem üzərində davamlı olaraq müşahidə aparılıb. Bununla yanaşı, sistemin əlaqəli fəaliyyətini təmin etmək məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inzibati binasında MİDA-nın, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Nazirliyin Milli Sertifikat Xidmətləri Mərkəzinin və Regional Data Mərkəzinin, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi"-nin nümayəndələrindən ibarət operativ qərargah yaradılıb. Eyni zamanda, aidiyyatı qurumların məsul şəxslərindən ibarət xüsusi işçi qrup MİDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan vətəndaş müraciətlərinin operativ cavablandırılmasını təmin edib.

Seçim prosesi başa çatdıqdan sonra sistemdə aparılmış bütün əməliyyatlar "Ernst & Young" şirkəti tərəfindən hərtərəfli təhlil edilib və 10.09.2018 il tarixdə “Güzəştli mənzil” sisteminin fəaliyyətinə və keçirilmiş onlayn mənzil seçimi prosesinə öz rəyini təqdim edib.  

Təqdim olunmuş rəyə əsasən, mənzillərin seçimi zamanı təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması (“Trust Services”, Güvənli xidmət” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara və “Güzəştli mənzil” sisteminin Əsasnaməsində qeyd edilən məqsəd və prinsiplərə (mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün mənzil seçimi prosesində bərabər şəraitin yaradılması, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi və istifadəçilərin müraciətlərinin real vaxt rejimində qeydə alınması) əməl olunması təsdiq olunub. 

"Ernst & Young" (“EY”) şirkətinin rəyi ilə ətraflı burada tanış ola bilərsiniz.

Xatırladaq ki, Yasamal Yaşayış Kompleksində satışa çıxarılan 324 mənzili seçən vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 288-i güzəştli ipoteka krediti hesabına mənzilləri əldə etmək niyyətindədir. Seçim edən şəxslər arasında yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyaları 39%, yaşından və ailə vəziyyətindən asılı olmayan digər şəxslər kateqoriyaları isə 61% təşkil edir.  

Güzəştli mənzillərin satışı ilə bağlı növbəti elanın yaxın vaxtlarda verilməsi nəzərdə tutulur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!