USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İsveçrənin səyahət portalında Quba haqqında məqalə dərc olunub

İsveçrənin www.travel-blog.ch səyahət portalında “Quba - Azərbaycanın heyranedici regionu” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Qubada yerləşən və turistlərin marağını cəlb edən məkanlar barədə ətraflı məlumat verilir. Məqalədə bir çox məşhur Avropalı səyyahın XIX əsrdə Quba ilə bağlı təəssüratları diqqətə çatdırılır və bu region tarixi, mədəni abidələrlə zənginliyindən bəhs edilir. Regionda qədim körpülər, məscidlər, hamamlar, muzeylər mövcuddur və Quba özünün xalçaçılığı ilə də məşhurdur.

Yazıda Qubanın multikultural dəyərləri barədə də məlumat verilərək qeyd olunur ki, bu yer müxtəlif millətlərin tolerantlıq şəraitində yaşadığı məkandır. Məqalədə, həmçinin bildirilir ki, Qubaya gələn turistlərin səyahət etdikləri məkanlardan biri də 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılan Quba Soyqırımı Memorial Kompleksidir.

Məqalədə Qubanın öz alması ilə məşhur olduğu vurğulanır və son illərdə turizmin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilir. Belə ki, rayonda 40 mehmanxana fəaliyyət göstərir və turistlərin yüksək səviyyədə dincəlməsi üçün çoxlu sayda restoran və kafelər də mövcuddur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!