USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əli Əhmədov: Azərbaycan və Türkiyənin şərəfli tarixi var

Sentyabrın 13-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium işə başlayıb.

ASAN Radio xəbər verir ki, tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına əsasən təşkil edilib. Simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr olunub.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, alimlər, ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Simpoziumun açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Bakının azad olunması Azərbaycanın dövlətçilik tarixində çox mühüm hadisədir. O deyib: “Uzun zaman Azərbaycan Şirvanşahlar dövlətinin mərkəzi olmuş Bakı 1918-ci ildə yenidən paytaxt statusu aldı”. Tarixçi alim bildirib ki, Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə erməni-bolşevik dəstələrinə qarşı birgə savaşıblar.

Konfransın təşkilatçılarından olan Türkiyənin Atatürk Araşdırma Mərkəzinin rəhbəri, professor Mehmet Ali Beyhan AMEA-nın Tarix İnstitutu ilə sıx əməkdaşlıqdan bəhs edib və iki elmi qurumun birgə fəaliyyətini yüksək dəyərləndirib.

Daha sonra konfransda Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış ediblər.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan və Türkiyənin şərəfli tarixi var. Biz öz zəngin və şərəfli tariximizlə həmişə fəxr edir, sonsuz qürur hissi keçiririk. Bakının Erməni- bolşevik işğalından azad olunmasında Qafqaz İslam Ordusunun müstəsna rolundan danışan Ə.Əhmədov bu şanlı tarixin heç vaxt unudulmayacağini vurğulayıb.

Müasir dünyada gedən ictimai-siyasi proseslərdən bəhs edən Ə.Əhmədov Azərbaycan ilə Türkiyənin qardaşlıq münasibətlərinin əhəmiyyətlini diqqət çatdırıb.

Sentyabrın 16-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və digər ölkələrdən olan alimlərin məruzələrinin dinlənilməsi nəzərdə tutulub. Həmçinin Azərbaycan tarixçilərinin “Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu”, “Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı”, “Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi”, “Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində”, “Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi” və digər mövzularda məruzələri dinləniləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!