USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək

 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Qarşılaşmalar üç günü əhatə edəcək. İlk oyun günündə bir matç keçiriləcək. 

"Qarabağ" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gələcək. Bu komandalar Premyer Liqada indiyədək 24 görüşdə üz-üzə gəliblər. 17 matçda meydan sahibləri, 4 oyunda isə qonaqlar qələbəyə sevinib. 3 qarşılaşma isə heç-heçə başa çatıb. Topların fərqində də Ağdam təmsilçisi öndədir - 50:12. Ölkə çempionu rəqibinə qarşı son 11 oyunda meydanı xalsız və qolsuz tərk etməyib. “Sumqayıt” isə son 5 səfər oyununda məğlub olub.

Turun digər oyunu isə sabah baş tutacaq. "Səbail" "Bayıl Arena"da "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək. Komandalar çempionat oyunlarında yalnız ötən mövsüm qarşılaşıblar. Dörd qarşılaşmanın 3-də "Zirə" qələbəyə sevinib, 1 matç isə heç-heçə yekunlaşıb. Topların fərqində də "Zirə" üstündür - 5:2. “Səbail” bu görüşlərdə qələbə qazanmamaqla yanaşı, hər oyunda qol buraxıb. “Zirə” hər iki səfər oyununda meydanı 1:0 hesablı qələbə ilə tərk edib.

IV turun digər iki qarşılaşması isə ertəsi gün olacaq. Premyer Liqanın debütantı "Sabah" komandası "Əlincə Arena"da "Qəbələ"ni qəbul edəcək. Bu komandalar indiyədək qarşılaşmayıblar.

Turun son matçında isə "Neftçi" və "Keşlə" komandaları münasibətlərə aydınlıq gətirəcək. Paytaxt klubları Premyer Liqada 55 oyunda üz-üzə gəliblər. 27 oyunda "Neftçi", 14-də isə "Keşlə" qələbə qazanıb. 14 qarşılaşma isə heç-heçə bitib. Topların fərqində də flaqmanın aşkar üstünlüyü var - 84:58. Rəqiblər 10 oyundur heç-heçə etmir. Komandalar arasındakı son 9 matçda 2 və ya daha çox qol vurulub. “Neftçi” son 5 ev qarşılaşmasında qələbə qazanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!