USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
XİN Bakının erməni daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illiyi ilə əlaqədar açıqlama yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bakının erməni daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illiyi ilə əlaqədar açıqlama yayıb. Açıqlamada deyilir:

“2018-ci il sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni daşnak və bolşevik qüvvələrindən azad olunmasının 100 illiyi qeyd edilir. Bu əlamətdar tarixi hadisənin yüzilliyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Bakıda təntənəli tədbirlər, iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə keçidləri təşkil olunacaq.

Birinci Dünya müharibəsinin çətinliklərinə baxmayaraq, bu gərgin və keşməkeşli bir zamanda qardaş türk xalqı paytaxt Bakının və digər şəhər və rayonların işğalçılardan azad edilməsində yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinə dəstək oldu. Erməni daşnak və bolşevik qüvvələrinin işğalı altında Bakı şəhərində və ətraf ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı amansız qətliamlar, o cümlədən 1918-ci ilin martında məlum mart qırğınları törədilmişdi.

Bakının azad edilməsi ilə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün bərpa edilməsi və Bakı və ətraf rayonlarda yaşayan mülki əhalinin təhlükəsizliyi təmin edildi.

Təəssüflər olsun ki, Ermənistan 1918-1920-ci illərin hadisələrindən nəticə çıxarmayaraq, keçən əsrin sonlarından başlayaraq revizionist, destruktiv və işğalçı siyasətini yenidən başlamış və bu gün də bu siyasət davam etməkdədir. 1918-1920-ci illərdə olduğu kimi, Ermənistan yürütdüyü bu destruktiv siyasətinə, qonşu dövlətlərə qarşı ərazi iddiaları və başladığı müharibəyə görə özünütəcrid vəziyyətindədir.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını rəhbər tutaraq, Azərbaycan və Türkiyənın tərəfdaşlığı qardaşlıq prinsipləri əsasında günbəgün daha da güclənir, nümunəvi xarakter daşıyır, regionda və onun hüdudlarından kənarda dayanıqlı inkişafa, çiçəklənməyə, sülhə və sabitliyə xidmət edir.

Bu tarixi əlamətdar gündə Qafqaz İslam Ordusunun sıralarında şücaətlə və çiyin-çiyinə döyüşərək paytaxt Bakını və ölkəmizin digər rayonlarını işğalçılardan azad etmiş Azərbaycan və qardaş türk əsgər və zabitlərinin, şəhidlərin əziz xatirəsini hörmət və ehtiramla yad edir və Allahdan onlara rəhmət diləyirik”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!