USD - 1.7 EUR - 1.9292 RUB - 0.0255 TRY - 0.3157 DAHA ÇOX
SON DƏQİQƏ
Matç zamanı Belarusun himni yerinə “Nu pogodi”dən mahnı səsləndi Prezident İlham Əliyev Gülağa İslamovu ordenlə təltif edib BMT-nin qərargahında “Dağ yəhudiləri” kitabının təqdim olunması şərəfinə rəsmi qəbul Tanınmış futbol fristayleri Bakıya gələcək Fransa Prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərimizi davam etdirəcəyik”
DYP Aşura günü ilə bağlı sürücülərə müraciət edib

Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sentyabrın 20-də baş tutacaq Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib.

"Report"un xəbərinə görə,  DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, Aşuru günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq, məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi qaydalara əməl etməlidirlər: “Yol polisi Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq. İlk növbədə, məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığındakı avtomobil yolunun hərəkət hissəsində, ikinci və üçüncü cərgədə avtomobil saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə, park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı. Ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio