USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əmək münasibətlərinin rəsmiləşdirilməsi təşviq edilir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir. 

ASAN Radio xəbər verir ki, mərkəzin səyyar monitorinq qrupu Bakı və Sumqayıt şəhərlərində, eyni zamanda Abşeron rayonunda tikilməkdə olan çoxmənzilli yaşayış binalarının sifarişçi, podratçı və subpodratçı şirkətləri, eləcə də tikinti ərazisində çalışan işçilər ilə görüşlər keçirir. Bakı şəhərində 182,  Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində isə 44 tikinti obyektində olmaqla, ümumilikdə 226 tikinti obyektində  tikinti fəaliyyəti subyektləri ilə görüşlər təşkil edilib.

Görüşlərin  məqsədi işçi və işəgötürənlərin əmək münasibətlərinin rəsmiləşdirilməsinə təşviq edilməsidir. Görüşlər zamanı Mərkəzin fəaliyyəti haqqında, o cümlədən əmək müqavilələrinin sosial və iqtisadi faydaları barədə məlumat verilib. Tikinti fəaliyyəti subyektlərinin əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı sual, şikayət və təklifləri dinlənilib, problemlərlə bağlı həll yolları təklif edilib.

Tikinti obyektlərində səyyar görüşlər vasitəsilə təşviqat işlərinin aparılması əmək müqavilələrinin sayında müşahidə edilən artım dinamikasına təsir edən faktorlardan biridir.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə hüquqi qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!