USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Komitə sədri Bakı İslam Universitetinin bağlanması məsələsinə aydınlıq gətirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı İslam Universitetinin bağlanması məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, M.Qurbanlı jurnalistlərə bildirib ki, Azərbaycanda din sahəsində kadr hazırlığı dövlət müstəqilliyinin bərpası dövrünə təsadüf edir:

"O dövrdə bir neçə mədrəsə, o cümlədən Bakı İslam Universiteti yaradıldı. Azərbaycanda məscidlərinin sayının artması ilə əlaqədar din sahəsində çalışan kadrlara ehtiyac olub və Bakı İslam Universiteti və mədrəsələr bu boşluğu doldurmaqda kifayət qədər fəaliyyət göstərib. Ancaq bilirsiniz ki, Azərbaycan çoxkonfessiyalı ölkədir və bizim ölkəmizdə yalnız İslama deyil, digər dinlərə aid kadrlar hazırlanmalıdır. Azərbaycan qanunvericiliyinə görə, ölkədə dini məbədlərdə çalışan şəxslər birincisi, Azərbaycan vətəndaşı olmalıdır, ikincisi isə həmin şəxslər təhsilini Azərbaycanda almalıdır. Buna görə də, cənab Prezidentimiz İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb və bu institut bu sahədə olan vəzifələri yerinə yetirəcək".

M.Qurbanlı qeyd edib ki, İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dinlərə aid kadr hazırlığı həyata keçiriləcək:

"Bu səbəbdən Qafqaz Müsəlmanları İdarəsi təsisçi olaraq Bakı İslam Universitetinə gələn ildən qəbulun dayandırılması barədə qərar verib. 2, 3 və 4-cü kursda təhsil alan tələbələr öz təhsillərini başa çatdırana qədər Bakı İslam Universiteti öz fəaliyyətini davam etdirəcək. Dövlət İmtahan Mərkəzi bu il Bakı İslam Universitetinə qəbul olunan tələbələrin ayrı-ayrı təhsil ocaqlarına bölüşdürülməsi istiqamətində tədbirlər həyata keçirib və bu tələbələrin bəziləri də İlahiyyat İnstitutuna gələcək".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!