USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rusiya KİV-ləri Prezident Vladimir Putinin Azərbaycana səfərini geniş işıqlandırıb

Rusiyanın aparıcı KİV-ləri Prezident Vladimir Putinin Azərbaycana səfərini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “Rossiya 24” telekanalının “Vesti” xəbərlər proqramı Rusiya Prezidentinin Bakıya işgüzar səfəri ilə bağlı böyük reportaj hazırlayıb. Reportajda qeyd olunur ki, Prezident V.Putinin Bakıya səfəri qısa olsa da, mühüm məsələlərin müzakirəsi ilə yadda qalıb. Azərbaycan-Rusiya Regionlararası Forumunda prezidentlər bir sıra mühüm məsələlər, o cümlədən Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsindən sonra açılan geniş əməkdaşlıq perspektivlərindən danışıblar. Həmçinin dövlət başçıları Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yarışlarını da izləyiblər.

“Vesti” proqramının reportajında vurğulanır ki, bu, Rusiya və Azərbaycan prezidentlərinin 2018-ci ildə dördüncü görüşüdür. İki ölkə lideri birlikdə Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak ediblər. Bildirilib ki, Azərbaycan və Rusiya işgüzar dairələri arasında möhkəm əlaqələr mövcuddur. Hazırda 700-dən çox birgə müəssisə fəaliyyət göstərir, Rusiya Azərbaycana 1,5 milyon dollarlıq sərmayə yatırıb.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin forumda səsləndirdiyi fikirlərdən sitatlar gətirilir: “Turizm sahəsində də biz Rusiya vətəndaşları tərəfindən Azərbaycanı ziyarətin çox əhəmiyyətli dərəcədə artdığını görürük. Hələ başa çatmamış 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib. Əminəm ki, bu rəqəm də gələcəkdə artacaq”.

Rusiyanın Birinci Kanalı da Vladimir Putinin Bakıya səfərinə geniş yer ayırıb. Reportajda qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putin qısa səfəri çərçivəsində Bakıda keçirilən cüdo üzrə dünya çempionatı yarışlarına baxıb, Rusiya komandasının üzvləri ilə görüşüb.

Qeyd edilir ki, Azərbaycan-Rusiya Regionlararası Forumunda hər iki ölkənin prezidentləri çıxış edərək birgə layihələrin son illər sürətlə həyata keçirilməsi, neft hasilatı və nəqli, avtomobil istehsalı, əczaçılıq və digər sahələrdə uğurlu əməkdaşlıqdan söhbət açıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!