USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“MUZ-TV”də Bakıya həsr edilən növbəti süjet yayımlanıb

“MUZ-TV”nin “Göndərişsiz məzuniyyət” səyahət proqramının aparıcısı Andrey Razıqrayev verilişin Bakıya həsr etdiyi növbəti buraxılışında Azərbaycan paytaxtının ecazkar məkanlarından bəhs edib.

AZƏRTAC xəbər verir ki, rusiyalı aparıcı Bakının gözəlliyinə məftunluğunu Qız qalasından görünən şəhərin füsunkar mənzərəsi qarşısında “ağlını itirərək” özünü aşağı atmağa hazır olduğu sözləri ilə ifadə edib.

A.Razıqrayev Bakıda gəzintiyə çıxmazdan əvvəl şəhərin ən gözəl məkanları haqqında Azərbaycanın Xalq artisti Emin Ağalarovdan məlumat almağı qərara alıb.

“Bakı bulvarına mütləq getməlisən. Bu məkan bütün bakılıların ilk görüş yeridir. Qız qalasına da qalxmaq, oradan şəhərin ecazkar mənzərəsini seyr etmək lazımdır", - deyə E.Ağalarov aparıcıya tövsiyə edib.

Bakı məzuniyyətinə Yanardağdan başlayan Razıqrayev, oradan funikulyora, Şəhidlər xiyabanına, paytaxt bazarlarının birinə, Dənizkənarı bulvara, çimərliyə və digər məkanlara baş çəkib. Paytaxtın “Köhnə şəhər” hissəsi ilə tanış olan aparıcı təəssüratlarını bölüşüb: “Əgər şəhərdə “Köhnə şəhər” varsa, demək onun ruhu və qəlbi də var. Meqapolisin necə böyüdüyü və müasir görkəm aldığı mühüm deyil. Çünki qədimdən qalan kiçik bir parça ağacın kökü kimi tarixin bütün möhtəşəm gövdəsini və budaqlarını qoruyur. İçərişəhər mənim reytinqimdə tamamilə əlçatmaz zirvədir”.

Proqramın sonunda aparıcı etiraf edib ki, Bakını əsl "zaman maşını" kimi kəşf edib və burada “Köhnə şəhər”dən monumental gələcəyə cəmi bir addımdır. Əlavə edib ki, bu şəhər onun yaddaşında həmişəlik qalacaq.

Proqramın videoyazısı aparıcının "YouTube" kanalında yerləşdirilib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!