USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ADA” Universiteti 2019-2020-ci tədris ili üçün magistraturaya sənəd qəbuluna başlayıb

Bu gündən etibarən “ADA” Universiteti 2019-2020-ci tədris ili üçün magistr proqramlarına sənəd qəbuluna başlayıb.  Sənədlərin qəbulu Azərbaycan vətəndaşları üçün 2019-cu ilin aprelin 5-i, xarici vətəndaşlar üçün isə iyulun 1-dək davam edəcək.

Təklif edilən magistr proqramları aşağıdakı ixtisaslar üzrədir:

·      Diplomatiya və beynəlxalq münasibətlər

·      Dövlət idarəetməsi

·      Biznesin idarə edilməsi, MBA 

·      Təhsil üzrə menecment

İki illik ingilisdilli təhsil proqramlarında dərslər yerli və xarici müəllimlər tərəfindən aparılır. Axşam saatları və həftəsonu günlərində keçirilən dərslər işləyən peşəkarlara ali təhsillərini davam etdirmək imkanı yaradır. Tələbələr həmçinin ADA-nın akademik tərəfdaşı olan dünyanın 50-dən çox universitetində mübadilə təhsili ala bilərlər.

Bu ildən etibarən “ADA” Universitetinin Biznesin İdarəedilməsi, MBA ixtisası Niderlandın Maastrixt Menecement Məktəbi ilə birgə tədris olunacaq. İkili diplom proqramında dərslər hər iki ali təhsil ocağının müəllim heyəti tərəfindən keçiriləcək.

“ADA” Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin magistr pilləsi üzrə birinci mərhələ imtahanını verməli və ingilis dili bilikləri üzrə İELTS və ya TOEFL sertifikatı təqdim etməlidirlər. İlkin mərhələdən uğurla keçən abituriyentlər Universitetdə keçirilən müsahibədə iştirak etməyə dəvət olunacaqlar.. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr təhsil haqqına güzəştlər qazanırlar. Onlar həmçinin uzun müddətli sosial tələbə kreditlərindən də yararlana bilərlər. 

Maraqlananlar “ADA” Universitetinin veb səhifəsinə (ada.edu.az) daxil olaraq elektron ərizə formasını doldura, əlavə suallarla isə [email protected] ünvanına müraciət edə bilərlər. Magistraturaya qəbul üzrə ilk məlumat sessiyası “ADA” Universitetində 12 oktyabrda  keçiriləcək. 

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “ADA” Universitetinin müəllim və tələbə heyəti 43 müxtəlif ölkəni təmsil edərək burada zəngin beynəlxalq mühit yaradır və tələbələrə dünya təcrübəsindən yararlanmaq imkanı verir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!