USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cəbhə bölgəsində yaşayan uşaqların bayram sevinci

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən rayonlarda da bayram şənlikləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Tərtər şəhərindəki Heydər Əliyev adına parkda keçirilən tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqlar iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gələcək arzulayıb. Bildirib ki, dünyanın hər yerində uşaqlara qayğı göstərilir, onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdir bütün dünyada qeyd olunur və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, onları müdafiə etməyi özünün əsas vəzifəsi sayır. Ölkəmizdə də uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşılır.

Diqqətə çatdırılıb ki, Tərtər rayonunda da uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Hazırda rayonda Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən 100 yerlik körpələr evi-uşaq bağçasında, uşaq şahmat məktəbində son tamamlama işləri görülür.

Sonra uşaqların ifasında maraqlı konsert proqramı nümayiş olunub.

Bayram tədbirində uşaqlara şirniyyat paylanılıb, 4 uşağın valideyninə Qeydiyyat Şöbəsi tərəfindən doğum şəhadətnaməsi təqdim edilib.

X X X

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Füzuli rayonu 6 nömrəli Qayıdış qəsəbəsindəki 1 saylı körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev uşaqları bayram münasibətilə təbrik edib, ölkəmizdə uşaq hüquqları ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb. Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda uşaqların sağlam və hərtərəfli inkişafı üçün lazımi şərait yaradıldığı, çoxsaylı uşaq bağçalarının, müasir tipli məktəblərin və istirahət guşələrinin tikilərək istifadəyə verildiyi diqqətə çatdırılıb.

Sonra iştirakçılar uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. Uşaq bağçasında əsaslı təmir bərpa işləri Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilib. Müasir tələblərə cavab verən və hər növ avadanlıq və ləvazimatlarla təchiz olunan bağçada əlavə 1 mətbəx, 1 musiqi otağı, 2 uşaq qrupu üçün yataq otağı tikilərək balacaların istifadəsinə verilib.

 

X X X

 

Beyləqan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən bayram şənliyində ümumtəhsil məktəblərinin şagirdləri, uşaq bağçalarında təlim-tərbiyə alan uşaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev əlamətdar gün münasibətilə uşaqları təbrik edərək, onlara firavan gələcək arzulayıb, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması, sağlam böyümələri, təhsili istiqamətində görülən işlərdən danışıb.

Bayram tədbirində uşaqlar şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!