USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rövnəq Abdullayev FIFA prezidenti ilə Azərbaycan futbolunu müzakirə edib

Bu gün İsveçrənin Sürix şəhərində FIFA və AFFA rəhbərliyi arasında görüş keçirilib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında keçirilmiş görüşdə Azərbaycan futbolu ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

R.Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyədə təşkil olunması ilə bağlı Canni İnfantinonu təbrik edib. FIFA və AFFA arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!