USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DMX-nin rəisi Vüsal Hüseynov "QəbuldASAN" verilişində maraqlı açıqlamalar verib - Fotolar

ASAN Radioda yayımlanan "QəbuldASAN" verilişinin yeni mövsümdə ilk qonağı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov olub.

Veriliş boyu xidmət rəisi aparıcı Emin Musavinin müxtəlif suallarını cavablandırıb. O cümlədən, korrupsiya ilə mübarizə tədbirləri, şəffaflığın təmini məsələləri, ölkəmizə gələn turistlərin rahatlığı üçün göstərilən xidmətlərin əlçatanlığı, Azərbaycan vətəndaşlığına qəbul və vətəndaşlıqdan çıxma, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri, qeyri-qanuni əməyə cəlb edilmə və s. problemlərə toxunulub.

Vüsal Hüseynov qeyri-rəsmi sualları da cavablandırıb. Sosial şəbəkələrin fəal istifadəçisi olan xidmət rəisi sosial medianın onun üçün önəmindən söz açıb. Verilişdə dinləyici sualları da cavablandırılıb. 

Yeri gəlmişkən, “QəbuldASAN“ verilişində iki qurumun yeni əməkdaşlığının təməli qoyulub. ASAN Radio Dövlət Miqrasiya Xidməti ilə birgə radio layihəyə start verir. Hər həftənin çərşənbə axşamı saat 11:05-də "Miqrasiya xidməti" adlı xüsusi veriliş efirdə olacaq. Layihə çərçivəsində DMX tərəfindən həyata keçirilən xidmətlərlə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!