USD - 1.7 EUR - 1.9326 RUB - 0.0255 TRY - 0.3191 DAHA ÇOX
SON DƏQİQƏ
CNN telekanalı Bakı – Tbilisi - Qars dəmir yolunu səyahətlər haqqında təsəvvürləri dəyişə biləcək yeni dəmir yolu siyahısına daxil edib Tereza Mey: “İstefaya getsəm "Brexit" ləngiyə, hətta pozula bilər” Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib Kiyevdə Heydər Əliyev adına parkda anım mitinqi keçirilib Müdafiə Nazirliyinin şəxsi heyəti ümummilli liderin xatirəsini yad edib
Səyyar ASAN xidmət davam edir

Səyyar ASAN xidmət  26 sentyabr  –  15 oktyabr Göyçayda, 1 – 15 oktyabr Ağstafada, 3 – 17 oktyabr Sahil qəsəbəsində, 6 – 25 oktyabr Hacıqabulda, 6 oktyabr – 3 noyabr Tovuzda,  5 oktyabr – 3 noyabr Xudatda, 6 – 20 oktyabr Cəlilabad, Ağdamda, 8 oktyabr – 6 noyabr Şəkidə, 9 oktyabr – 7 noyabr Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio