USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Qızıl top” mükafatına namizədlərin bir neçəsinin adları açıqlanıb

FIFA və “France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, siyahıya ilk olaraq beş namizədin adı daxil edilib. İlk beşlikdə Serxio Aqüero (“Mançester Siti”; Argentina), Qaret Beyl (“Real Madrid”; Uels), Kərim Benzema (“Real Madrid”; Fransa), Alisson Bekker (“Liverpul”; Braziliya), Edinson Kavani (“PSG”; Uruqvay) yer alıblar.

Mükafat uğrunda 30 futbolçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq.

“Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Parisdə keçiriləcək. Təqdimetmə mərasimində, həmçinin ilk dəfə olaraq ən yaxşı gənc oyunçu və ən yaxşı qadın futbolçuya da mükafatlar təqdim ediləcək.

“France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştiano Ronaldo və Lionel Messi bu mükafatı ən çox qazanan futbolçulardır – hərəyə beş dəfə.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!